Türkiyə tezliklə zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaşayış evləri tikmək niyyətindədir - Ərdoğan
sizinxeber.az xəbər saytı

Türkiyə tezliklə zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaşayış evləri tikmək niyyətindədir - Ərdoğan


Türkiyə yaxın vaxtlarda, 1-2 il ərzində güclü zəlzələdən zərər çəkmiş vətəndaşlar üçün yaşayış evləri tikməyi planlaşdırır

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Concordia" sammiti çərçivəsində amerikalı iş adamları ilə görüşündə deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə fevralın 6-da ölkədə baş verən zəlzələdən sonra Liviya və Mərakeşdəki fəlakətlərin acısını anlayır.

"50 min insanımızı itirmişik, evi dağıdılan vətəndaşlarımızın tez bir zamanda öz evlərində məskunlaşmalarını istəyirik", - deyə o qeyd edib.

R.T.Ərdoğan Türkiyənin Liviya və Mərakeşə yardım etməyə hazır olduğunu açıqlayıb.

"Biz hələ Mərakeşdən cavab almamışıq, lakin Liviyadan bir cavab almışıq. Biz 3 təyyarə, ərzaqla dolu üç gəmi və avadanlıqlar göndərmişik", - deyə Türkiyə prezidenti əlavə edib.


Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevlə danışdı
Ərdoğan İlon Maskla görüşəcək
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər
Ərdoğan: “Azərbaycanlıların Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər