Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib.

Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb.