İran Hörmüz boğazının açılması məsələsini ABŞ ilə ekspertlər səviyyəsində müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı İRNA-ya açıqlamasında deyib.
“Danışıqların başlanması üçün Vaşinqton 2 əsas şərti yerinə yetirməlidir.
Birincisi, ABŞ İranla razılaşma əldə etmək niyyətində olduğunu açıq şəkildə bəyan etməli, ikincisi isə qarşılıqlı etimadın yaradılması üçün konkret tədbirlər görməlidir. Əgər ABŞ bu iki şərti yerinə yetirsə, biz Hörmüz boğazının açılması layihəsini və onun həyata keçirilməsi yollarını Amerika tərəfi ilə müzakirə etməyə hazırıq”, - XİN başçısı əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın Vaşinqtonun irəli sürdüyü razılaşma şərtlərini qəbul etməyə hazır olmadığını bildirmişdi.