Azərbaycanda Raket və Artilleriya Qoşunlarının döyüş atışlı taktiki təlimləri keçirilib - VİDEO
Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.
Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edilməsi
Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin məqsədi
Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib.
Oxşar xəbərlər
Artilleriya bölmələri ilə döyüş atışlı təlim keçirilib - VİDEO
Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO
Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları keçirib
Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
-
Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat
-
Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama












