Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olunub
28 May - Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin, ictimaiyyət və Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Müstəqillik Günü münasibətilə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, həmçinin müxtəlif mədəni-kütləvi vətənpərvərlik tədbirləri təşkil olunub. Müdafiə nazirinin 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırıldıqdan sonra, tədbirlərdə çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.
Qeyd olunub ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyi möhkəmlənib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.
Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də muzeylər və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.
Oxşar xəbərlər
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Zəfər günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - VİDEO - FOTO
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
Briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə rəisləri ilə toplanış keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
