Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib
Mayın 20-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Əvvəlcə Şəhidlər xiyabanına gələn İtaliya nümayəndə heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdirib.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik Kərim Vəliyev italiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.


width="220" alt="Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />