Azərbaycan sülhməramlısı Cənubi Sudanda fəaliyyətinə görə təltif edilib
Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına (UNMISS) daxil olan azərbaycanlı zabit təltif edilib.
“Sizinxeber.az”un Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi müşahidəçi qismində xidmət edən mayor Qaragözov Mehman Həmdiyə oğlu missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
M.Qaragözova uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.
Oxşar xəbərlər
BMT missiyasının helikopteri Cənubi Sudanda atəşə tutulub, ölənlər var
Sudanda BMT-nin helikopteri atəşə tutulub, 28 hərbçi həlak olub - YENİLƏNİB
Dövlət Agentliyinin hərbçiləri təltif edilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb
-
Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
-
Binədə mağazada yanğın baş verib - VİDEO

