Deputat: Saziş Azərbaycan və Somali arasında müdafiə sahəsində yeni mərhələnin başlanğıcıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
13:50

Deputat: Saziş Azərbaycan və Somali arasında müdafiə sahəsində yeni mərhələnin başlanğıcıdır

22 apr, 2025
13:50
871

Deputat: Saziş Azərbaycan və Somali arasında müdafiə sahəsində yeni mərhələnin başlanğıcıdır

"Somali Silahlı Qüvvələrinin gücləndirilməsi üçün Azərbaycanın texniki dəstək göstərməsi və hərbi biliklərinin paylaşılması nəzərdə tutulur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycan və Somali arasında 12 fevral 2025-ci ildə Bakıda imzalanan müdafiə əməkdaşlığı sazişi iki ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində strateji tərəfdaşlığın əsasını qoyur: “Saziş Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Somali Federativ Respublikasının müdafiə naziri Əbdülqadir Məhəmməd Nur tərəfindən imzalanıb.

Saziş müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi strategiyalar, əməliyyatlar və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsini əhatə edir.
Eyni zamanda Saziş ən yüksək səviyyədə siyasi dəstəyə malikdir. 12 fevral 2025-ci ildə Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu Saziş Azərbaycan və Somali arasında müdafiə və təhlükəsizlik sahəsində yeni bir mərhələnin başlanğıcıdır və hər iki ölkənin regional və beynəlxalq səviyyədə əməkdaşlığını gücləndirəcək”.

Bizimlə əlaqə saxlayın