Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirilib
sizinxeber.az xəbər saytı

Rusiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüş keçirilib


Sankt Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Rəhman Mustafayev buradakı ali hərbi təhsil müəssisələrində təhsil alan zabit və kursantlarla görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Fövqəladə və Səlahiyyətli səfir R.Mustafayev hərbi qulluqçularla Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də beynəlxalq və regional proseslərdə ölkəmizin mövqeyi barədə geniş söhbət edib, onları maraqlandıran sualları cavablandırıb.

Baş Konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin və hərbi attaşe polkovnik Kənan Təhməzovun da iştirak etdiyi görüş zamanı Azərbaycan nümayəndə heyəti zabit və kursantlarımızın məişət şəraiti və təhsil prosesi ilə yaxından tanış olublar.

Oxşar xəbərlər

Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO
Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb
Azərbaycanlı kursantlar Cənubi Koreyanın hərbi təhsil sistemi ilə tanış olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle