Naxçıvanda aprel şəhidi Rasim Məmmədovun anım günü keçirilib
Babək rayonu, Cəhri qəsəbəsində Aprel döyüşləri zamanı Lələtəpədə şəhidlik zirvəsinə ucalan mayor Rasim Məmmədovun anım günü keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhidin məzarı önündə keçirilən tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Babək rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və ziyalılar, hərbçilər, şəhidin döyüş yoldaşları iştirak ediblər.
Şəhidin məzarı başında Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Xatırladaq ki, Məmmədov Rasim Əbdül oğlu 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2000-ci ildə AAHM-dən məzun olan Rasim Məmmədov leytenant hərbi rütbəsi alaraq ordu sıralarında "təlim taborunun tuşlayıcı tağımının komandiri kimi xidmətə başlayıb. 2016-cı il aprelin 4-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medallarla təltif olunub.
Oxşar xəbərlər
Şəhidlərin xatirəsi anılıb
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun anım mərasimləri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
