Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb - FOTO
Yanvarın 23-də Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Sonda "Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat" imzalanıb.
Oxşar xəbərlər
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Türkiyə Quru Qoşunları komandanı Azərbaycanda səfərdədir - VİDEO
Zakir Həsənov Türkiyə generalını qəbul edib, birgə təlimlərin intensivliyinin artırılması müzakirə olunub
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













