Azərbaycan Ordusunun hərbçisi Naxçıvanda Ermənistanla şərti sərhəddə minaya düşüb
Azərbaycan Ordusunun hərbçisi Naxçıvanda Ermənistanla şərti sərhəddə minaya düşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
"İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", məlumatda deyilir.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək xəsarət alıb
Azərbaycan hərbçisi Goranboyda minaya düşərək xəsarət alıb
Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu dəfn edilib - FOTO - YENİLƏNİB
Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır
Şahbuzda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
