NATO nümayəndə heyəti ilə hərbi təhsil sahəsi müzakirə edilib
Dekabrın 13-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və NATO əlaqələrinin inkişafı müzakirə edilib
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti Azərbaycanda səfərdə olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













