MN: Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir
sizinxeber.az xəbər saytı

MN: Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir


Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

"Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır - VİDEO
Əsgərlərimiz and içdi
Qarabağdakı bağçalara və təcili yardım stansiyalarına yanacaq göndəriləcək - RƏSMİ
Bakı hava limanı payız mövsümündə 80-dən çox istiqamət təklif edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər