Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır


Azərbaycan Ordusunda 2024-cü ilin hazırlıq planına uyğun olaraq, silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər icra edilir.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin olunur.

Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümə uyğun dəyişdirilir, həmçinin elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Azərbaycan Ordusunda hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir - VİDEO
Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər