ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub
sizinxeber.az xəbər saytı

ANAMA-ya "Revival" mexaniki minatəmizləmə vasitələri təqdim olunub


"Biz Azərbaycanın işğaldan azad olunan ərazilərindəki minatəmizləmə fəaliyyətinə töhfə verməkdən qürur duyuruq".

APA xəbər verir ki, bunu "AgroDiary" şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov Bakı Ekspo Mərkəzində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçisində "AqroDairy" tərəfindən ANAMA-ya iki ədəd "Revival" mexaniki minatəmizləmə vasitələrinin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında bildirib.

O əlavə edib ki, rəhbəri olduğu şirkət bundan sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa və quruculuq işlərinə töhfə verməyə hazırdır:

"Biz bu gün iki ədəd minatəmizləmə texnikasının ANAMA-ya verilməsini təsdiqləyən sertifikatları imzalamaqdan, eləcə də işğaldan azad olunan ərazilərimizdəki məqsədyönlü işlərə töhfə verməkdən məmnunluq hissi keçiririk. Ümidvarıq ki, dövlətimiz Qarabağdakı minatəmizləmə fəaliyyətini uğurla başa çatdıracaq. Bu işdə faydalı olduğumuzu bilmək bizi bir şirkət olaraq çox sevindirir".

Daha sonra tərəflər ianəni təsdiqləyən sertifikatları imzalayıblar.

Oxşar xəbərlər

Azərbaycanda uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb - FOTO
Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq
Azad edilmiş ərazilərdə daha 97 mina, 898 PHS aşkarlanıb
Azad edilmiş ərazilərdə daha 86 mina, 1583 PHS aşkarlanıb
Laçında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər