Nazir: Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır
Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.
“Sizinxeber.az” xəbər verir ki, bunu Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov ölkəsində Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi barədə danışarkən deyib.
O söyləyib ki, təlimlər bunu bir daha göstərib: “Ortaq əməliyyat nəticəsində gördük ki, adı çəkilən ölkələrin hərbi birləşmələri birgə hərəkət edə bilərlər”.
Nazir, həmçinin qeyd edib ki, xüsusilə terror təhdidinə qarşı birgə səylər daha da gücləndirilir.
Qeyd edək ki, "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi sentyabrın 12-də başlayıb və on gün davam edib.
Oxşar xəbərlər
Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının təliminin açılışı olub - VİDEO
“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir
Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir - FOTO
Azərbaycan-Qazaxıstan birgə taktiki-xüsusi təlimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













