Daha 4 itkin-şəhidin meyit qalıqları dəfn ediləcək
sizinxeber.az xəbər saytı

Daha 4 itkin-şəhidin meyit qalıqları dəfn ediləcək


İtkin düşmüş daha bir qrup hərbçinin meyit qalıqları əsasında şəxsiyyəti müəyyən edilib.

APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlunun meyit qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlunun meyit qalıqları Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlunun meyit qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlunun meyit qalılqarı isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.

Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.

Oxşar xəbərlər

Daha 7 itkin-şəhidin dəfn mərasimi keçiriləcək - FOTO
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyit qalıqları aşkar olunub
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyiti aşkar olunub
Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları Gəncədə ailəsinə təhvil verilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər