Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq keçirilib - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
may
2026
17:50
0
0
2 401
ff aaaaaaa

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq keçirilib - VİDEO

08 may, 2026
17:50
2 401

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq keçirilib - VİDEO

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media nümayəndələrinin iştirakı ilə təlim-treninq keçirilib.

MN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təlim-treninqin əvvəlində iştirakçılar “İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması”, “Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyası”, “Ordu-cəmiyyət münasibətləri, vətənpərvərlik təbliği və ictimai diplomatiya”, “Media ilə qarşılıqlı fəaliyyət, ictimai nəzarət və sosial məsuliyyət”, “Hərbi etik normalar və peşə məsuliyyəti” və digər mövzularda nəzəri biliklərə yiyələniblər.
Sonra media nümayəndələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrində şəxsi heyətin gündəlik fəaliyyətini izləyib və yaradılan şəraitlə yaxından tanış olublar.
Hərbi hissələrə səfər zamanı bölmələrin arsenalında olan müasir silah və döyüş texnikası qonaqlara təqdim edilib.
Təlim-treninqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul