Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" kursu keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" kursu keçirilib


Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" (STRATCOM) mövzusunda kurs keçirilib.

MN-dən APA-ya verilən xəbərə görə, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.
Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar.
Kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər

NATO-nun təşkilatçılığı ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib
NATO ekspertləri Bakıda hava əməliyyatları ilə bağlı kurs keçir
Bakıda NATO-nun təlim kursu keçirilib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
NATO-nun Mobil Təlim Qrupu ilə treyninq keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər