Elm və Təhsil Nazirliyində "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
sizinxeber.az xəbər saytı

Elm və Təhsil Nazirliyində "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib


Elm və Təhsil Nazirliyi (ETN) və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə elm və ali təhsil üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin təşkilinə dair "Strateji kommunikasiya" mövzusunda təlim keçirilib.

Sizinxeber.az xəbər verir ki, təlimin açılış nitqi ilə çıxış edən ETN-nin aparat rəhbəri Mətin Kərimli elm, ali və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlar üçün təlimlərin əhəmiyyəti, eləcə də daxili kommunikasiyanın qurulması və böhran kommunikasiyasının düzgün təşkilinin önəmini vurğulayıb.

EATDA-nın direktoru Ülkər Səttarova elm və təhsil müəssisələrinin media ilə iş və ictimaiyyətlə əlaqələr sahəsində prioritet istiqamətləri barədə danışıb və iştirakçıların suallarını cavablandırıb.

Təlimdə ictimaiyyətlə əlaqələr üzrə ekspertlər Vəli Əlibəyov və Emin Hüseynzadə iştirakçılara daxili kommunikasiyanın təşkili, effektiv mesaj hazırlamaq, əks əlaqənin təşkili, eləcə də hədəf kütləsi üçün təsirli hekayənin hazırlanması mövzusunda məlumat veriblər.

Növbəti sessiyalarda media və kommunikasiya üzrə ekspert Vüqar Zifəroğlu KİV ilə münasibətlər, media üçün kontentin hazırlanması, media vasitəsilə xidməti məlumatların çatdırılması formaları, vizual kommunikasiyalar üzrə ekspert Fərid Rzazadə vizual elementlərin hekayəyə daxil edilməsi, rəqəmsal media üzrə ekspert Şəfəq Mehrəliyeva isə kommunikasiya planın hazırlanması mövzularında təlim keçiblər.

Oxşar xəbərlər

"Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ETN əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NATO-nun təşkilatçılığı ilə Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər