Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib
Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda vuruşmuş azərbaycanlıların xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Sizinxeber.az”un yerli bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev, hərbçilər, fransız alimlər, professorlar, iş adamları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
L.Abdullayeva İkinci Dünya Müharibəsinin bəşəriyyət tarixinin ən qanlı müharibəsi olduğunu vurğulayaraq, bu müharibədə azərbaycanlıların göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan danışıb. O, qeyd edib ki, Sovet Azərbaycanından 600 mindən çox insan müharibəyə cəlb olunub və onların bir çoxu həm ön, həm də arxa cəbhədə rəşadətlə çalışıblar.
C.Abdullayev bildirib ki, Azərbaycanın nefti sovet ordusunun qələbəsində həlledici rol oynadığı kimi, azərbaycanlı oğul və qızların canı və qanı bahasına göstərdiyi qəhrəmanlıqlar da unudulmamalıdır.
Hərbi attaşe, xüsusilə Fransanın nasist işğalından azad olunmasında iştirak edən azərbaycanlı partizanların fəaliyyətinə diqqət çəkib. Onların arasında Əhmədiyyə Cəbrayılovun (Fransada “Mişel” kimi tanınıb) adı xüsusi qeyd olunub. O, Fransız Müqavimət Hərəkatında iştirak edən ilk azərbaycanlılardan biri olub. Həmçinin digər azərbaycanlı partizanlar – İdris Həşimov və Xələf Hacıyev də tədbirdə anılıb.
Tədbir zamanı bu qəhrəmanların ailə üzvləri də iştirak edərək xatirələrini bölüşüblər.
Oxşar xəbərlər
Parisdə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib
Korotçenko: Azərbaycan İkinci Dünya Müharibəsində qələbəyə böyük töhfə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
