Kəşfiyyat məlumatı sızdı: Ermənistan növbəti müharibə üçün yeni ordu qurur
sizinxeber.az xəbər saytı

Kəşfiyyat məlumatı sızdı: Ermənistan növbəti müharibə üçün yeni ordu qurur


Avropa İttifaqının Ermənistanı silahlandırmaq məqsədi ilə hazırladığı layihənin detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Aİ-yə yaxınlığı ilə tanınan “EU Reporter” nəşri yazır.

Nəşrin məlumatına görə, layihəyə Fransa rəhbərlik edir: “Fransa Hindistan və Yunanıstanla birlikdə Ermənistanı silahlandırmağa davam etdiyi vaxt, İrəvan üçün alternativ imkanlar da yaradılır. Bu imkanlardan biri də Ermənistana Avropa Sülh Fondu vasitəsilə silahların verilməsidir. Hazırda fond vasitəsilə 10 milyon avro yardım edilsə də, bunun genişləndiriləcəyi gözlənilir. Ermənistan isə II Qarabağ müharibəsindən sonra PUA və SPUA-lar (Silahlı Pilotsuz Uçuş Aparatı) əldə etməyə çalışır”.

Nəşr qeyd edir ki, Avropa Sülh Fondunun növbəti mərhələdə Ermənistana 3 böyük yardım paketi verəcəyi gözlənilir.

Beynəlxalq kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) saytı yazır ki, Ermənistanın hərbi rəhbərliyi “növbəti müharibəyə hazırlaşır”.

“Əldə edilən kəşfiyyat məlumatlarına görə, Ermənistan Müdafiə Nazirliyi II Qarabağ müharibəsində üzləşdiyi məğlubiyyətdən sonra strategiyanı dəyişdirib. Müdafiə naziri Suren Papikyanın rəhbərliyi ilə hazırlanan yeni strategiya Ermənistan ordusunun PUA, SPUA və digər elektronik müharibə vasitələri ilə təzhiz edilməsindən ibarətdir”, - sayt yazır.

Oxşar xəbərlər

Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılmasını təsdiqləyib
Rusiya Aİ-nin Ermənistan ordusuna 10 milyon avro ayırmasına münasibət bildirib
Ayxan Hacızadə: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək
ABŞ Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı
Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle