Azərbaycana 2 ayda xaricdən 339 minə yaxın turist gəlib
sizinxeber.az xəbər saytı

Azərbaycana 2 ayda xaricdən 339 minə yaxın turist gəlib


Bu ilin yanvar-fevral ayında Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Təkcə fevralda isə ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır.

Hesabat dövründə Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb.

Bundan başqa, il ərzində İrandan 31,4 min, Gürcüstandan 17 min, Qazaxıstandan 11 min, Pakistandan 10,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 9,7 min, Səudiyyə Ərəbistandan 9,6 min, Özbəkistandan 5,8 min turist gəlib.

Oxşar xəbərlər

Azərbaycana ötən il turist axını 26 % artıb
Azərbaycana turist axını 27 % artıb
Azərbaycana turist axını 4 % artıb
Azərbaycana turist axını 30 % artıb
Azərbaycana turist axını 31% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle