Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
sizinxeber.az xəbər saytı

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri ilə və Gürcüntanla müqayisədə az olub.

“Sizinxeber.az” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan hotellərində orta qiymət yanvarda 87,5 manat (ötən ilin eyni dövrünə nisbətən 7,3 % çox), fevralda 102,6 manat (29,3 % çox), martda 134,3 manat (43,3 % çox), apreldə 131,7 manat (37,7 % çox), mayda 131,75 manat (dinamika elan edilməyib), iyunda 138,75 manat (4,5 % az), iyulda 136,75 manat (8,4 % az), avqustda 118 manat (48,5 % az), sentyabrda 126,8 manat ( -1,2 %), oktyabrda isə 140,9 manat (+9,8 %) təşkil edib.

İstanbulda orta qiymət yanvarda 159,5 manat (2,8 % az), fevralda 130,6 manat (14,5 % çox), martda 138,2 manat (15,7 % az), apreldə 180,8 manat (0,5 % çox), mayda 193,2 manat (dinamika elan edilməyib), iyunda 167,2 manat (18,6 % az), iyulda 160,2 manat, avqustda 164,2 manat (10,3 % az), sentyabrda 163 manat (- 6,9 %), oktyabrda isə 176,2 manat ( - 11,9 %) olub.

Gürcüstanda isə orta qiymət yanvarda 159 manat (34,7 % çox), fevralda 126 manat (21,5 % çox), martda 111 manat (0,1 % az), apreldə 141 manat (9,2 % az), mayda 132,2 manat (ötən ilin may aylarının göstəriciləri açıqlanmayıb), iyunda 121,4 manat (46,7 % az), iyulda 120,4 manat (50 % az), avqustda 134 manat (26,2 % az), sentyabrda 131,7 manat (- 10,8 %), oktyabrda isə 146 manat (+ 4,1 %) təşkil edib.

Oxşar xəbərlər

Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 12 %-dən çox artıb
Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 %-dən çox artıb
Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle