Azərbaycanda ulduz kateqoriyası düzgün olmayan hotellərin reklamı dayandırılacaq
İstehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə ulduz kateqoriyasını düzgün qeyd etməyən hotellər və hotel olmayan yerləşmə vasitələrinin açıq məkandakı reklamlarının yayımının dayandırılması qərara alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) ilə Dövlət Turizm Agentliyinin (DTA) birgə məlumatında deyilir.
Bildirilib ki, bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin "Turizm haqqında" qanunda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozmaları müəyyən edilib.
Hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə bu istiqamətdə yaxın müddətdə görüləcək işlər haqqında fikir mübadiləsi edilib.
Bildirilib ki, “Reklam haqqında” qanunda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
İclasda DTA tərəfindən Bakı, Abşeron və Sumqayıtdakı hotellərə ulduz dərəcələrinin təyin edilməsi və sertifikatlaşdırılması prosesinin yekunlaşdığı vurğulanıb.
Qeyd edilib ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.
Oxşar xəbərlər
Hotellərin "endirim" illüziyası: İstədikləri qiyməti qoyurlar, yoxsa nəzarət var? - FOTO
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilib
Eldar Əlimuradov: Bu il Azərbaycanda qonaqpərvərlik və hotelçilik sənayesi sahəsində yeni bir dövrə qədəm qoyulacaq
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











