Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində geriləyib
sizinxeber.az xəbər saytı

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov FİDE reytinqində geriləyib


FİDE şahmatçıların may üçün dünya reytinqini dərc edib.

Apasport.az xəbər verir ki, siyahıda Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer alıb.

Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə qərarlaşıb. Onun kimi bir addım geriləyən Teymur Rəcəbov (2692) 40-cl sırada yer alıb. Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub.

Cədvələ 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək 53-cü sıraya düşüb. Mövqeyini 4 pillə pisləşdirən Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, 3 addımlıq irəliləyişə nail olan Xanım Balacayeva (2358) 82-ci pillədədir. “100-lüy”ə qayıdan Gülnar Məmmədova isə 2352 xalla 91-ci sıradadır.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2633 xal.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov FİDE reytinqində geriləyib, Teymur Rəcəbov mövqeyini qoruyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın aparıcı şahmatçıları FİDE reytinqində geriləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FIDE reytinqi: Şəhriyar Məmmədyarov beş pillə irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FIDE: Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib, Teymur Rəcəbov irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər