UEFA razılıq verdi, Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursu təşkil ediləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
in
2025
17:30

UEFA razılıq verdi, Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursu təşkil ediləcək

11 in, 2025
17:30
722

UEFA razılıq verdi, Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursu təşkil ediləcək

Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursları təşkil ediləcək.

Bunu "Sizinxeber.az"a AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov deyib.

Mütəxəssis sözügedən layihə ilə bağlı UEFA-ya müraciət ünvanladılqlarını bildirib:

"Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursları keçirməyi planlaşdırırıq. Bununla bağlı UEFA-ya müraciət ünvanladıq və müsbət cavab gəldi. Lakin məşqçi kurslarının təşkil edilməsi üçün xaricdən mütəxəssis çağrılacaq. Tam struktura uyğun olması üçün bunu etməliyik. Seminarda yerli mütəxəssislər də yer alacaqlar. Artıq federasiya rəhbərliyi də məsələyə müsbət rəy verib. Sözügedən kurs 2026-cı il üçün nəzərdə tutulub. Lakin konkret tarix deyə bilməyəcəm. Ola bilsin, yanvar-fevral aylarında dərslər başlasın. Düşünürük ki, postsovet ölkələrindən mütəxəssis gəlsin. Çünki futzal məşqçilərimiz rus dilində təhsilə üstünlük verirlər. Bu baxımdan istəyirik ki, ortaya keyfiyyətli iş çıxsın".

Bizimlə əlaqə saxlayın