Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət milliləri Avropa çemiponatının hazırlıqlarına start veriblər
Azərbaycanın yeniyetmə oğlan və qız basketbolçulardan ibarət milliləri Avropa çemiponatının hazırlıqlarına start veriblər.
Yeniyetmələrdən ibarət milli komandalarımızın məşqçilər heyəti 16 və 18 yaşa qədər oğlan və qız basketbolçular arasında iyul və avqust aylarında baş tutacaq Avropa çempionatın hazırlıqlarına başlayıblar. Milli komandalarımızın məşqçi heyəti aşağıdakı kimidir.
U-18 oğlan millimizin baş məşqçisi Anar Sarıyev, onun köməkçisi isə Polad Həsənovdur. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-18 (2024) "C" divizionunda çempionluq qazanıblar.
U-18 qız millimizin baş məşqçisi Evren Alkaya, onun köməkçisi isə Aygün Eynullayevadır. Adları çəkilən məşqçilər ən son Avropa çempionatı U-16 (2024) "C" divizionunda qızıl və U-18 (2024) "C" divizionunda gümüş mükafatın sahibi olublar.
U-16 oğlan millimizin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Erhan Toker, onun köməkçiləri isə Anar Hacıyev və Rüstəm Əliyevdir. "Abşeron" klubunda uğurlu mövsüm keçirmiş türkiyəli mütəxəssisin ən son böyük uğuru 2014-cü ildə Avropa çempionatı U-20 "A" divizionunda Türkiyə millisi ilə çempionluq olub.
U-16 qız millimizin baş məşqçisi bu posta yeni təyin olunmuş türkiyəli Ferhat Akcan, onun köməkçisi isə Aygün Eynullayevadır. Qeyd edək ki, türkiyəli məşqçi daha öncə "Ormanspor" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
