Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib
Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Hacıqabul Regional Voleybol Klubunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, turnirdə AVF-nin prezidenti Şahin Bağırov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əskərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak ediblər.
Onlar ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına diqqət və qayğı göstərildiyini söyləyiblər. Bölgələrdə də idmanın inkişafı üçün infrastrukturun yüksək səviyyədə qurulduğu barədə tədbir iştirakçılarına məlumat veriblər.
Yarışda 8 komanda mübarizə aparıb. Birinci yerə Yardımlı rayon 2 saylı tam orta məktəbin “İstiqlal” komandası, II yerə Yardımlı rayon Horovar kənd tam orta məktəbin “Uğur” komandası, III yerə isə Yardımlı rayon Sırıq kənd tam orta məktəbin “Hilal” komandası sahib çıxıb. Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.
Oxşar xəbərlər
FHN-in kişilərdən ibarət voleybol komandası yarışın çempionu olub
FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
