"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qələbəni şərh edib
Komandamız xarakter nümayiş etdirərək qalib gəldi.
"Report" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis seriyanın dördüncü matçında qazandıqları qələbəni (84:66) şərh edib:
"Oyunçularımız hücumda və müdafiədə çox yaxşı çıxış etdilər. Eyni zamanda, xarakter nümayiş etdirərək qalib gəldilər. Komandamın belə oyunun gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdır və dörd qələbəyə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək matçlarda da özümüzü ən yaxşı tərəfdən göstərəcəyik".
Qeyd edək ki, tərəflər arasında seriyada bərabərlik var - 2:2. Komandalar arasında növbəti - 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Oxşar xəbərlər
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah" üzərində qazanılan qələbəni şərh edib
Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" final seriyasının dördüncü matçına çıxıb
Rimas Kurtinaytis: "Futbolda olduğu kimi, basketbolda da "vurmayana vurarlar" prinsipi keçərlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
