Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək


Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq “Galaxy Cup” turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.

"Report"un məlumatına görə, yarışda “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.

Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.

Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.

Oxşar xəbərlər

“Pittsburq” klubunun hücumçusu Milli Hokkey Liqasının ən mükəmməl oyunçusu seçilib
ABŞ-nin qadınlardan ibarət hokkey millisi 11-ci dəfə dünya çempionu olub
Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək
Milli Hokkey Liqasında yeni rekord qeydə alınıb
Rusiya Azərbaycana Kontinental Hokkey Liqasına qoşulmağı təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər