Azərbaycanı növbəti mövsüm avrokuboklarda iki basketbol klubu təmsil edə bilər
Azərbaycanı növbəti mövsüm avrokuboklarda iki basketbol klubu təmsil edə bilər.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov bildirib.
O, Azərbaycan Basketbol Liqasının (ABL) qalibinin Çempionlar Liqasında mübarizə aparacağını söyləyib:
"İkinci yeri tutan klub isə istəyi olsa, FIBA Avropa Kubokunda çıxş edəcək. Hər şey maliyyədən asılıdır. Klub turnirdə iştirakla bağlı qərarı özü verəcək. İki komanda avrokuboka gedə bilər. Burada seçim və iştirak haqqı klubların qərarından asılıdır".
ABF rəsmisi "Neftçi" və "Sabah"ın ABL-də finala vəsiqə qazanması ilə bağlı fikirlərini də bölüşüb:
"Hər iki kollektivin həlledici raunda yüksəlməsi gözlənilən idi. Müasir basketbolda büdcə çox şeyi həll edir. Ən çox büdcəli klubların finala düşməsi təsadüf deyil. Hər ikisində peşəkar və yüksək səviyyəli basketbolçular çıxış edirlər. Mənim üçün sürpriz nəticə "Şəki" və "Abşeron" komandalarının yarımfinala qədər irəliləməsi oldu. Bu, çox xoş sürpriz idi".
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: Yeni mövsümün başlama tarixi və reqlamenti müəyyənləşib
Azərbaycan Basketbol Federasiyasının prezidenti: "Maraqlı mövsüm olacaq"
"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında ikinci finalçı bəlli olub
Baş katib: Azərbaycan Basketbol Liqasının səviyyəsi ildən-ilə artır - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
