Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub


Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report" xəbər verir ki, pley-in mərhələsində qarşılaşan "Abşeron" və NTD kollektivlərinin duelində 81:74 hesabı ilə qələbə qazanan birincilər pley-offa yüksəlib.

Tərəflər arasında  ilk oyunda “Abşeron” (88:74), ikinci görüşdə NTD (67:63) qalib gəlmişdi.

Növbəti mərhələyə adlayan digər komanda "Sərhədçi" olub. "Sumqayıt"a 96:94 hesabı ilə qalib gələn paytaxt təmsilçisi rəqibini mübarizədən kənarlaşdırıb.

Komandaların ilk görüşündə “Sərhədçi” (123:97), ikinci matçında isə “Sumqayıt” (100:97) qələbə qazanmışdı.

Qeyd edək ki, daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlib.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində son görüşlər baş tutacaq
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir görüşü baş tutub
Azərbaycan Basketbol Liqası: Pley-offun daha bir iştirakçısı bəlli olub
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha üç oyunu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər