Azərbaycan Basketbol Liqası: Pley-offun daha bir iştirakçısı bəlli olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
16:00

Azərbaycan Basketbol Liqası: Pley-offun daha bir iştirakçısı bəlli olub

14 apr, 2025
16:00
604

Azərbaycan Basketbol Liqası: Pley-offun daha bir iştirakçısı bəlli olub

Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanan daha bir komanda bəlli olub.

"Report" xəbər verir ki, "Ordu" bu raundda iştirak hüququ əldə edib.

"Hərbçilər" pley-in mərhələsinin ikinci oyununda "Quba"nı üstələyib - 92:88. Komanda ilk matçda da qalib gəlmişdi - 91:83.

Bu gün NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.

Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.

Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74) üstələyərək bu mərhələdə iştirak hüququ qazanıb.

Bizimlə əlaqə saxlayın