“Sumqayıt”ın basketbolçusu: "Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm"
Pley-ində də uğurlu çıxış edəcəyimizi düşünürəm.
"Report" xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandamızın şanslarından danışıb:
"Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik. Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik. Bir vaxtlar “Sərhədçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyun gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.
Əliyev klubun azarkeşlərinə də çağırış edib:
“Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompleksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək verdilər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.
Oxşar xəbərlər
"Sumqayıt"ın kapitanı: "Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır"
NTD-nin basketbolçusu: "Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir"
“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
"Sumqayıt"ın basketbolçusu: "Məğlub olduğumuz oyunlara tam hazır deyildik"
“Sərhədçi”nin basketbolçusu: "Neftçi”yə növbəti oyunda qalib gələcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
