NTD-nin basketbolçusu: "Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir"
sizinxeber.az xəbər saytı

NTD-nin basketbolçusu: "Əsas məqsədlərdən biri pley-offa yüksəlməkdir"


Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə yüksəlmək və uğur qazanmaqdır.

"Report" xəbər verir ki, bunu NTD-nin basketbolçusu Detrek Brauninq klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Bakı təmsilçisini seçməsinin səbəblərinə aydınlıq gətirib:

“Təklif dekabrda gəldi və biz danışıqlara başladıq. Agentim NTD-də peşəkarların çalışdığını dedi və bu diqqətimi çəkdi. Mənim üçün buraya həyat yoldaşımla gəlmək vacib idi və onlar bunu təmin etdilər. Mövsümün əvvəlindən liqanı izləyirdim, çünki burada oynayan bir neçə dostum var. Hətta ötən mövsüm "Gəncə"də çıxış edən Markus Gilson ilə Gürcüstan çempionatını qazandım. Yəni liqadan xəbərdaram. Məşqçilər heyəti ilə söhbət etdim. Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə çıxmaq və uğur qazanmaqdır. Təəssüf ki, mövsüm yaxşı başlamadı, amma yeni oyunçular və komandada qalanlar ilə nəticələri yaxşılaşdırmağa ümid edirik. Pley-offa qədər NTD-ni güclü bir komanda etməliyik".

Basketbolçu zamanla daha da güclənəcəklərinə inanır:

"İlk oyunumuzu yanvarın 11-də keçirdik. Cəmi 5 məşqə çıxdığımızı nəzərə alsaq, yaxşı oynadıq. Hələ də bir-birimizin güclü və zəif tərəflərini öyrənirik. Zamanla daha da güclənəcəyik. Gələcəkdə daha çox oyun qazanacağımızı düşünürəm. Güclü məşqçilər heyətimiz və qələbəyə ac komandamız var. Hazırda növbəti matçımıza hazırlaşırıq və bu oyunu səbirsizliklə gözləyirik. Daha güclü olduğumuzu göstərmək istəyirik”.

Qeyd edək ki, komanda 10 turdan sonra A qrupunda 11 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
"Sumqayıt"ın kapitanı: "Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır"
"Lənkəran"ın amerikalı basketbolçusu: "Dağın zirvəsi"nə çıxmaq üçün pley-offa yüksəlməyə çalışacağıq"
"Quba"nın basketbolçusu: Ümid edirəm ki, ilk "4-lük" uğrunda mübarizə aparacağıq"
NTD-nin basketbolçusu: "Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər