"Sumqayıt"ın basketbolçusu: "Məğlub olduğumuz oyunlara tam hazır deyildik"
sizinxeber.az xəbər saytı

"Sumqayıt"ın basketbolçusu: "Məğlub olduğumuz oyunlara tam hazır deyildik"


Məğlub olduğumuz oyunlara tam hazır deyildik.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Sumqayıt"ın basketbolçusu Murad Orucəliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının ilk üç turdakı məğlubiyyətlərinin səbəblərindən danışıb:

“Fikrimcə, biz bu oyunlara tam hazır deyildik. Məsələn, “Lənkəran”la matça yaxşı başladıq, uzun müddət hesabda öndə olduq, amma üstünlüyümüzü qoruya bilmədik. Ümid edirəm ki, yeni oyunçularımızın gəlişi ilə komandamızın çıxışı daha da yaxşılaşacaq”.

28 yaşlı basketbolçu cari mövsümlə ötən ili müqayisə edib:

“Doğrudur, ötən “basketbol ili”ndə hədəflərimizə çata bilməsək də, oyun üslubumuz yaxşı idi. Səhvlərimizdən nəticə çıxartmağı bacarırdıq. İndi isə bunu görmürük. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldırmaq olar. Hər şey zamanla yaxşı olacaq. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, "Sumqayıt klubu yer aldığı B qrupunda 3 xalla altıncı - sonuncu sırada qərarlaşıb.

Oxşar xəbərlər

"Sumqayıt"ın kapitanı: "Ölkə çempionatında əsas hədəf pley-offa vəsiqə qazanmaqdır"
“Sumqayıt”ın yeni transferi: "Əsas hədəfimiz pley-offa vəsiqə qazanmaqdır"
Azərbaycan klubunun basketbolçusu: "Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik"
“Sərhədçi”nin amerikalı basketbolçusu: “Qarşısıalınmaz olacağımıza əminəm”
"Ordu"nun basketbolçusu: "Komandada çox yaxşı atmosfer var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle