sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyalı hokkeyçi NHL rekordunu təkrarlayıb
Milli Hokkey Liqası təmsilçisi (NHL) "Vaşinqton"un rusiyalı oyunçusu Aleksandr Oveçkin Ueyn Qretskinin rekordunu təkrarlayıb.
"Report" çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı hokkeyçi bunu ötən gün baş tutan "Çikaqo" ilə görüşdə reallaşdırıb.
Qarşılaşmada dubla imza atan hokkeyçi matçın üçüncü dövrəsinin 6:14-cü dəqiqəsində 894-cü qolunu vurub. Bununla da o, Ueyn Qretskinin tarixi rekordunu təkrarlayıb.
Qeyd edək ki, görüş "Vaşinqton" - "Çikaqo" matçı paytaxt komandasının 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hokkeyçi aprelin 6-da baş tutacaq “Nyu York Aylenders”lə görüşdə fərqlənəcəyi təqdirdə NHL tarixinin ən çox qol vuran oyunçusu olacaq.
Oxşar xəbərlər
Rusiyalı hokkeyçi NHL-in tarixinə düşüb
Rusiyalı hokkeyçi NHL-də yeni uğura imza atıb
Rusiyalı hokkeyçi ABŞ klubunun tarixində rekorda imza atıb
"Bavariya" öz rekordunu təkrarlayıb
Rusiyalı hücumçu NHL-in tarixinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













