"Abşeron"un voleybolçusu: "Bu, bizim üçün mühüm qələbə idi"
Bu, bizim üçün mühüm qələbə idi.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Anastasiya Mertsalova Azərbaycan Yüksək Liqasının X turunda “Murov Az Terminal”la oyun (3:0) haqda federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qazandıqları qələbənin vacibliyini vurğulayıb:
“Növbəti qələbə münasibətilə komandamı təbrik edirəm. Bu, bizim üçün mühüm qələbə idi. Bilirəm ki, bu “Murov Az Terminal” üçün də vacib oyun idi. Onlar da yarımfinal uğrunda mübarizə aparırlar. Üçüncü setin sonları gərgin keçsə də, qələbə qazandıq. Qarşıda bizi 10 tur gözləyir. Çalışacağıq ki, liderliyi qoruyaq. Komandama uğurlar və yeni qələbələr arzulayıram”.
Qeyd edək ki, X turun oyunlarından sonra “Abşeron” 26 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"
Qurban Qurbanovdan qələbə şərhi
NTD-nin baş məşqçisi: "Gələcəkdə bizi daha çox qələbələr gözləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











