Qurban Qurbanovdan qələbə şərhi
“Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Norveçin “Bodo Qlimt” komandasına qarşı keçirdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarıı bildirib:
“Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Uzun yol qət etmişdik. Meydanın süni ot örtüklü və havanın soyuq olması müəyyən çətinliklər yaradırdı. Əvvəlki oyunlarda məğlub olduğumuza görə, futbolçuların üzərində müəyyən təzyiqlər var idi. Matçdan əvvəl oyunçularla söhbətlər aparmışdıq. Bildirdik ki, biz bu qarşılaşmadan məğlub ayrıla bilərik. Amma səfərdə komanda ruhu olmadan qayıtmaq olmaz.
“Bodo Qlimt” çox yaxşı kollektivdir. Bəlkə də, onlar bu gün məğlub olmağa layiq deyildilər. Onlara gələcək görüşlərində uğurlar arzu edirəm. Bu komandada məşqçi işi nəzərə çarpır. Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm. Yəqin ki, bütün Azərbaycan bizim oyunumuzu izləyirdi və komandamızdan qələbə gözləyirdi. Bütün azarkeşlərimizi, “Qarabağ” rəhbərliyini və bu klubu sevənləri təbrik edirəm”.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Futbolçularıma Zəfər Günündə qələbə qazandıqlarına görə təşəkkür edirəm"
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik
Qurban Qurbanov: "Budyo Qlimt"lə matçda çox diqqətli olmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
