"Şəki"nin basketbolçusu: "Meydana çıxmaq üçün çox həyəcanlıyam"
Bu qarşılaşmada meydana çıxmaq üçün çox həyəcanlıyam.
"Report"un məlumatına görə, bunu "Şəki"nin basketbolçusu Terens Hanter-Vitfild klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının B qrupunda bu gün "Gəncə"yə qarşı keçirəcəkləri matça toxunub:
"Hər iki komandanın çox yaxşı oyunçuları və əla məşqçilər heyəti var. Bu baxımdan emosiyalarla zəngin, fiziki planda bir qarşılaşma olacaq. Amma biz qətiyyən narahat deyilik. Çünki komanda olaraq sərt və birliyimizlə nəyə qadir olduğumuzu bilirik. Bu görüşdə meydana çıxmaq üçün çox həyəcanlıyam".
Ötən ilin sonunda bölgə təmsilçisinə keçən Terens Hanter-Vitfild kollektivə çox yaxşı uyğunlaşdığını söyləyib:
"Uyğunlaşma prosesi yaxşı alındı. "Şəki"yə gəlməmişdən əvvəl komandanın oyunlarını canlı izləmişdim. Ona görə də kimin nəyə qadir olduğunu gözəl bilirdim. Komandanın oyun tərzi mənə çox uyğun gəlir".
Qeyd edək ki, bu gün keçiriləcək "Şəki" - "Gəncə" oyunu saat 14:00-da start götürəcək.
Oxşar xəbərlər
"Ordu"nun basketbolçusu: "Komandada çox yaxşı atmosfer var"
"Sumqayıt"ın baş məşqçisi: "Hazırlıq oyunlarında nəyə qadir olduğumuzu görəcəyik"
Azərbaycan klubunun basketbolçusu: "Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik"
Quba"nın basketbolçusu: "Qələbə seriyasını davam etdirməyi planlaşdırırıq"
"Araz-Naxçıvan"ın futbolçusu: "Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
