ABF rəsmisi: "Basketbolla bağlı hər şeydən faydalanmaq üçün beynəlxalq təşkilata üzv olmuşuq"
sizinxeber.az xəbər saytı

ABF rəsmisi: "Basketbolla bağlı hər şeydən faydalanmaq üçün beynəlxalq təşkilata üzv olmuşuq"


Basketbolla bağlı hər şeydən faydalanmaq üçün beynəlxalq təşkilata üzv olmuşuq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov "Lucentum Basketball Hub" beynəlxalq təşkilatına üzv olmaları ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi addımlarının səbəbini açıqlayıb:

“Qlobal dünyada müəyyən toplumlar, birliklər var. Bu da basketbolla bağlı bir qurumdur. Məşqçilər, hakimlər üçün seminarlar təşkil olunur. Bu səbəbdən basketbolla bağlı hər şeydən faydalanmaq üçün təşkilata üzv olmuşuq”.

O, "Lucentum Basketball Hub"un müstəqil təşkilat olduğunu vurğulayıb:

“Bu qurumun Beynəlxalq Basketbol Federasiyası (FIBA) ilə heç bir bağlılığı yoxdur. Belə deyək, bir sıra ölkələrin basketbol federasiyalarını bir araya gətirir. Əlbəttə, FIBA da təşkilatı tanıyır. Əsas məqsədimiz seminarlara qatılmaqdır”.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası "Lucentum Basketball Hub" adlı beynəlxalq basketbol təşkilatına üzv olduğunu açıqlayıb. Bu qurumda Almaniya, Fransa, İspaniya, İtaliya, Litva və Latviya klubları da yer alıb. Təşkilat ümumilikdə 24 ölkə ilə əməkdaşlıq edir.

Oxşar xəbərlər

ABF beynəlxalq basketbol təşkilatına üzv olub
Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
Azərbaycan Basketbol Federasiyasının rəsmisi: 3x3 basketbolu regionlarda tanıtmaq istəyirik
Azərbaycan Basketbol Federasiyası milliyə namizəd yeniyetmələrə baxış keçirəcək
NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle