ABF beynəlxalq basketbol təşkilatına üzv olub
sizinxeber.az xəbər saytı

ABF beynəlxalq basketbol təşkilatına üzv olub


Azərbaycan Basketbol Federasiyası (ABF) "Lucentum Basketball Hub" adlı beynəlxalq basketbol təşkilatına üzv olub.

Bu barədə "Sizinxeber.az"a ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər arasında müqavilə imzalanıb.

"Lucentum Basketball HUB" dünyada olan basketbol klublarını, akademiyalarını, federasiyaları və idman sənayesinin maraqlı tərəflərini bir araya gətirmək üçün təşkil olunmuş layihədir. Bu yenilikçi təşkilat işbirlikləri, seminarlar, təhsil və ortaq şəkildə irəliləmə üçün mərkəzi bir nöqtə olaraq xidmət göstərəcək, basketbolun həm meydanın daxilində, həm də xaricində öyrənilməsi və uğurlu olması üçün unikal məkanı təmin edəcək.

"Lucentum Basketball HUB" gənc istedadlı və peşəkar oyunçuların inkişafını dəstəkləmək, məşqçilik metodlarını təkmilləşdirmək, ictimaiyyətlə əlaqəni möhkəmləndirmək və idman elmi vasitəsilə innovasiyaları daha da asanlaşdırmaq məqsədi daşıyır. Bundan əlavə, "Lucentum Basketball HUB"ın, üzvləri arasındakı əlaqələr vasitəsilə məşqçilər və oyunçular üçün beynəlxalq imkanların təmin olunması prioritet məsələlərdən biridir.

Qeyd edək ki, "Lucentum Basketball HUB" təşkilatında Almaniya, Fransa, İspaniya, İtaliya, Litva, Latviya klubları da var. Qurum ümumilikdə 24 ölkə ilə əməkdaşlıq edir.

Oxşar xəbərlər

Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
"Gəncə" basketbol komandası oyunçusu ilə müqavilə müddətini artırıb
Azərbaycan Basketbol Liqasında II tura start verilib
Azərbaycan Basketbol Liqası: I turda bu gün daha iki görüş baş tutacaq
"Neftçi"nin basketbol komandası yoxlama oyunu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle