ABŞ klubunun basketbolçusu unikal nailiyyətə imza atıb
sizinxeber.az xəbər saytı

ABŞ klubunun basketbolçusu unikal nailiyyətə imza atıb


ABŞ-nin "Los-Anceles Klippers" klubunun hücumameyilli müdafiəçisi Ceyms Harden Milli Basketbol Assosiasiyasında (NBA) unikal nailiyyətə imza atıb.

"Report" xəbər verir ki, o, buna NBA-nın müntəzəm mövsümündə "Finiks"ə qarşı matçın ilk hissəsində nail olub.

Harden 12 xal toplayıb, 5 ribaund, 7 ötürmə və 2 blok-şot edib. 1996/1997 mövsümündən, yəni bu cür statistikanın hesablanmağa başladığı vaxtdan bəri heç bir NBA oyunçusu belə göstəricilərə nail ola bilməyib.

Qeyd edək ki, 35 yaşlı basketbolçu "Finiks"lə görüşdə ümumilikdə 25 xal toplayıb, 10 ribaund, 13 məhsuldar ötürmə və 2 blok-şot edib. "Los-Anceles Klippers" bu oyunda 119:125 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Rusiyalı hokkeyçi NHL-də yeni uğura imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ klubu rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyalı futbolçu ABŞ-də rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erlinq Holann Premyer Liqada yeni rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər