"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır
sizinxeber.az xəbər saytı

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır


"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı bu gün başlayır.

"Sizinxeber.az"un məlumatına görə, turnir beş mərhələdən ibarət olacaq.

İlk mərhələ "Sea Breeze"dən start götürəcək və Sumqayıtda başa çatacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışı

10 may

I mərhələ: "Sea Breeze"dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11 may

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)

12 may

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)

13 may

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)

14 may

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)

Oxşar xəbərlər

Sahib Ələkbərov: "Növbəti “Tour d’Azerbaidjan” velosiped yarışı əvvəlkilərdən daha əhatəli olacaq"
Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Sahib Ələkbərov: "Bakı-Xankəndi Velosiped Yarışında 20 ölkədən 24 komanda mübarizə aparacaq"
Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər