Fuad Niftəliyev: "Sabah" əcnəbi oyunçuların keyfiyyətinə görə "Gəncə" ilə duelin favoritidir"
sizinxeber.az xəbər saytı

Fuad Niftəliyev: "Sabah" əcnəbi oyunçuların keyfiyyətinə görə "Gəncə" ilə duelin favoritidir"


Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün "Gəncə" ilə üz-üzə gələcək "Sabah" heyətindəki əcnəbi oyunçuların keyfiyyətinə görə favoritdir.

Bunu "Report"a açıqlamasında təcrübəli basketbolçu Fuad Niftəliyev deyib.

O, paytaxt təmsilçisinin finala vəsiqə qazanmaq şanslarını daha yüksək qiymətləndirib:

"Sözsüz ki, əcnəbilərin keyfiyyətinə görə "Sabah" favoritdir. Amma səfər oyunu çətin olduğuna görə düşünürəm ki, "Gəncə" öz meydanında yaxşı oyun göstərə bilər. Hətta bir matçda qalib gəlmələri də mümkündür. Çünki səfər faktoru rəqib üçün çətinlik yarada bilər".

F.Niftəliyev ümumi seriyada "Sabah"ın üstün tərəf olduğunu vurğulayıb:

"Səfər oyununu nəzərə alsaq, "Gəncə"'yə öz meydanında oynamaq daha rahat ola bilər. Lakin ümumi götürsək, favorit, sözsüz ki, "Sabah"dır. Güman edirəm ki, məhz bu komanda finala vəsiqə qazanacaq".

Qeyd edək ki, "Sabah" - "Gəncə" matçı bu gün Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsi başlayır
Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb
Millinin baş məşqçisi: "Azərbaycan Basketbol Liqasında "Sabah" - "Neftçi" finalı görə bilərik"
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: Pley-off oyununda "Sabah" "Sərhədçi"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər