"Turan"ın prezidenti Həsən Zeynalov: "Nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik"
sizinxeber.az xəbər saytı

"Turan"ın prezidenti Həsən Zeynalov: "Nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik"


Azərbaycan Yüksək Liqasının qalibi olan "Turan"ın qadın voleybolçulardan ibarət komandası bu nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Tovuz təmsilçisinin prezidenti Həsən Zeynalov jurnalistlərə açıqlamasında deyib:

O, "DH Volley"ə qarşı final qarşılaşmasının çox gərgin keçdiyini bildirib:

"Hər iki komanda qızıl medal qazanmaq istəyirdi. Allah bizə nəsib etdi. Çox həyəcanverici və möhtəşəm oyun oldu. Bu qələbə bizə böyük sevinc bəxş etdi. Gələcək planımız Avropaya getməkdir. Bu nailiyyətləri beynəlxalq arenalarda davam etdirmək niyyətindəyik. Artıq bütün fikrimiz Avropa kuboklarındadır. Avrokuboklarla bağlı seçimlər təkcə bizdən yox, digər yerləri tutan komandaların da iştirak qərarından asılıdır. Amma inanıram ki, 99 faiz ehtimalla qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edəcəyik".

Qeyd edək ki, "Turan" komandası finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Oxşar xəbərlər

"Turan" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov: "Əsas hədəfimiz Avropadır"
"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub
"Turan"ın prezidenti Həsən Zeynalov: "Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar"
Azərbaycan Yüksək Liqası: "Turan" Tovuzda "Gəncə"ni sınağa çəkəcək
"DH Volley"in baş məşqçisi Fərid Cəlalov: "Təcrübəsizlik finalda uduzmağımıza səbəb oldu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər