"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ən güclü tərəf olduğunu sübut edib.
Bunu "Report"a açıqlamasında komandanın voleybolçusu Ayşən Abduləzimova deyib.
O, final oyununa istədikləri kimi başlamasalar da, sonradan toparlanaraq qələbə qazandıqlarını bildirib:
"Mövsümün əvvəlindən məqsədimiz yalnız çempionluq idi. Rəqibin kimliyinin fərqi yox idi, lakin bugünkü komanda bizim üçün bir qədər prinsipial rəqib sayılırdı. Çünki onlara sonuncu oyunda məğlub olmuşduq. Amma bu gün yenidən sübut etdik ki, güclü tərəf bizik".
A.Abduləzimova komandasının mövsüm boyu göstərdiyi çıxışdan razı qaldığını vurğulayıb:
"Hesab edirəm ki, bu mövsüm bizim üçün uğurlu keçdi. Çempionat ərzində cəmi bir məğlubiyyətimiz oldu və sonda qızıl medallara sahib çıxdıq".
Qeyd edək ki, "Turan" klubu finalda "DH Volley"i 3:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Ayşən Abduləzimova: "Finaldakı rəqibimizi düşünmürük, əsas öz hazırlığımızdır"
Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"
"Zirə"nin futbolçusu: "Çempionatda ikinci yeri tutmaq bizim üçün asan olmadı"
Ziya Rəcəbov: "Finalda "Turan"ın qələbə qazanacağına inanıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
