Georgi Kondruseviç: "Lənkəran"ın mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilərdir"
sizinxeber.az xəbər saytı

Georgi Kondruseviç: "Lənkəran"ın mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilərdir"


"Lənkəran" klubunun Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilər olub.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə ikinci oyundan sonra deyib.

Mütəxəssis azarkeşlərə təşəkkür etməyi də unutmayıb:

"Mövsümü iki hissəyə bölmək olar - yeni ildən əvvəl və sonra. Bu, iki fərqli komandadır və səbəbləri də heyətdə olan itkilər idi. "Lənkəran" azarkeşlərinə ən çətin vaxtlarda belə bizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən əla idilər. Bu gün hamı çalışdı, amma rəqib, demək olar ki, hər şeydə bizdən üstün idi. "Gəncə"yə növbəti mərhələdə uğurlar arzulayıram. Oyunçularımızı da xüsusi qeyd etmək istəyirəm. Çünki yaranmış şəraitdə həm fiziki, həm də psixoloji baxımdan mübarizə aparmaq asan deyil. Onlar sona qədər çalışdılar və mübarizə apardılar, buna görə onlara təşəkkür edirəm".

Qeyd edək ki, "Lənkəran" pley-in mərhələsində keçirdiyi hər iki matçda (55:91, 77:101) "Gəncə"yə məğlub olaraq mübarizəni dayandırıb.

Oxşar xəbərlər

"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
“Lənkəran”ın baş məşqçisi "Gəncə"yə məğlubiyyəti dəyərləndirib
"Lənkəran"ın baş məşqçisi: "İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur"
"Lənkəran"ın baş məşqçisi pley-ində "Gəncə"yə uduzduqları oyunu dəyərləndirib
"Gəncə" klubunun baş məşqçisi azarkeşlərdən halallıq istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər